İran parlamentinin bir qrup deputatı Azərbaycana gəlir

Posted by

İran parlamentinin bir qrup deputatı Azərbaycana gəlir

İran parlamentinin bir qrup deputatı Azərbaycana gəlirİran parlamentinin bir qrup deputatı Azərbaycana gəlir

İran parlamentinin bir qrup deputatı Azərbaycana gəlir.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri Cavad Cahangirzadə, Əhməd Şuhani və İbrahim Ağaməhəmmədidən ibarət nümayəndə heyətinin Bakıya səfəri sentyabrın 23-də baş tutacaq.

Səfərdə məqsəd iki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişaf etdirilməsidir. İran parlamentariləri səfər çərçivəsində azərbaycanlı deputatlarla görüşəcəklər.

Görüşdə İran parlamentinin sədri Əli Laricaninin xüsusi mesajı Milli Məclisin sədri Oqtay Əsədova çatdırılacaq. İran parlamentariləri Azərbaycandakı görüşlərini başa çatdırdıqdan sonra sentyabrın 25-də Gürcüstana səfər edəcəklər.