İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir

Posted by

İran İslam Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdardır. Rəsmi Tehran qonşu dövlətlərin sülh şəraitində yaşamasında maraqlıdır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllini istəyir.

İranın “Mehr” agentliyinin yaydığı xəbərə görə, bu sözləri yanvarın 27-də Yerevanda səfərdə olan xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, İran Cənubi Qafqazda baş verən bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. Rəsmi Tehran regiondakı münaqişələrin danışıqlar vasitəsilə həll edilməsinə yardım göstərməyə hazırdır.

İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin hansı mərhələdə olması və cəbhə bölgəsindəki vəziyyət də nəzərdən keçirilib.

AzərTac/az