İran azərbaycanlı investorları Ərdəbil əyalətində qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır

Posted by

İran azərbaycanlı investorları Ərdəbil əyalətində qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır

 

İran azərbaycanlı investorları Ərdəbil əyalətində qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır

İran azərbaycanlı investorları Ərdəbil əyalətində qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır

 

İran azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusi ilə Meşginşəhr və Səreyn bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: “Meşginşəhr bölgəsi qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması məqsədəuyğundur”.

Səfir qeyd edib ki, Meşginşəhr Savalan dağının ətəyində yerləşdiyi üçün bu bölgədə turizm sahəsinə də sərmayə yatırmaq mümkündür: “Bu bölgədə müalicə xarakterli 9 növ bulaq və eləcə də 420-dən çox tarixi abidə, gəzməli yerlər var. Turizm sahəsinə sərmayə yatırmaq, hotel və əyləncə mərkəzlərinin istifadəyə verilməsi üçün bu bölgədə əlverişli şərait var”.

M.Pakayin bildirib ki, Ərdəbilin Sərein şəhəri və onun ətraf bölgələrində də turizmin inkişafı üçün əlverişli şərait mövcuddur və bura hər zaman azərbaycanlı turistlərin diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Ərdəbil əyalətinə səfər edən turistlər Səreini ən azından bir dəfə görür və bu şəhərin gözəlliklərini seyr edirlər: “Səreində hotellər, iaşə müəssisələri, müasir müalicəvi su hovuzları, akvapark və “Alvars” xizək idman kompleksi mövcuddur ki, bu da həmin bölgədə turizmin inkişafı məqsədilə sərmayə yatırmaq üçün əlverişli şərait yaradıb”.

M.Pakayin deyib ki, Ərdəbil əyalətinin valiliyi xarici, xüsusi ilə azərbaycanlı investorları dəstəkləmək məqsədi ilə proqram həyata keçirir. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi Ərdəbil əyalətinin valiliyi ilə birlikdə azərbaycanlı sərmayəçilərin Sərein və Meşginşəhrdə sərmayə yatırması üçün lazımi güzəştlərin edilməsi istiqamətində yardım göstərməyə hazırdır.

Qeyd edək ki, ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ərdəbil əyalətinə səfər etmiş, Meşginşəhr və Sərein bölgəsində bu şəhərlərdən olan parlament nümayəndələri və icra başçıları ilə görüşlər keçirmişdi.

 

Trend.az