İran Azərbaycan həbsxanalarındakı iranlı məhkumların saxlanma şəraiti ilə maraqlanıb

Posted by

İran Azərbaycan həbsxanalarındakı iranlı məhkumların saxlanma şəraiti ilə maraqlanıbİran Azərbaycan həbsxanalarındakı iranlı məhkumların saxlanma şəraiti ilə maraqlanıb

İran Azərbaycan həbsxanalarındakı iranlı məhkumların saxlanma şəraiti ilə maraqlanıb

İran nümayəndə heyəti Penitensiar xidmətdə olub.

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 22-də Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İran İslam Respublikasının Xarici işlər Nazirliyinin (XİN) Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi, İranın Azərbaycandakı Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Möhsün Pakayin və Baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.

 

Qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

 

İranın XİN-nin İdarə rəisi Seyid Kazım Səccadi qəbula görə öz minnətdarlığını bildirərək Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.

 

Görüşdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.

 

Trend.az