Ramil Usubov xidmətə qəbulla bağlı vətəndaşlarla görüşəcək

Posted by

Ramil Usubov xidmətə qəbulla bağlı vətəndaşlarla görüşəcəkRamil Usubov xidmətə qəbulla bağlı vətəndaşlarla görüşəcək

Ramil Usubov xidmətə qəbulla bağlı vətəndaşlarla görüşəcək

Daxili işlər naziri Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xidmətə qəbulla bağlı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Apa/az