Ramil Usubov ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib

Posted by

Ramil Usubov ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib

Ramil Usubov ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib

Ramil Usubov ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 11-də ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirib. Qeyd olunub ki, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb, bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbir və layihələr həyata keçirilib.

 

ATƏT-in təşkilatçılığı ilə respublikada və xarici dövlətlərdə keçirilən müxtəlif təlim və seminarlarda DİN-in 2 min nəfərdən çox əməkdaşının iştirak etdiyi, əldə olunmuş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb.

 

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib, Azərbaycanın keçdiyi inkişaf yolundan, eyni zamanda, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normiativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışıb.

 

Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan R. Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini də diqqətə çatdırıb.

 

Öz növbəsində, A. Şaxtaxtinski təmsil etdiyi qurumla DİN arasında faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsində, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulayıb.

 

Apa/az