İqtisadiyyat və Sənaye Nazirliyi biznes mühitin yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

Posted by

İqtisadiyyat və Sənaye Nazirliyi biznes mühitin yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

İqtisadiyyat və Sənaye Nazirliyi biznes mühitin yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

İqtisadiyyat və Sənaye Nazirliyi biznes mühitin yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

İqtisadiyyat və Sənaye Nazirliyi Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanının icrası ilə əlaqədar təkliflər zərfi hazırlayıb. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.

Onun sözlərinə görə, artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər zərfi hazırlayıb və yaxın günlərdə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək: “Təkliflər zərfi hazırlanarkan dünyada mövcud ən qabaqcıl və mütərəqqi təcrübə əsas götürülüb”.

Fərmanda aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb.

Ş.Mustafayevin sözlərinə görə, dövlət başçısının fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsl yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır: “Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir”.

Nazir vurğulayıb ki, fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub: “Belə ki, biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi sahəsində Yeni Zelandiyanın, tikintiyə icazələrin alınması sahəsində Honq Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın, kreditlərin verilməsi sahəsində Malayziyanın, idxal-ixrac əməliyyatları sahəsində Sinqapurun, müəssisələrin bağlanması sahəsində Yaponiyanın təcrübəsi öyrənilib”.

Onun sözlərinə görə, şübhəsiz ki, müvafiq təkliflərin hazırlanmasında həmin ölkələrin qabaqcıl təcrübələrindən istifadə olunacaq.

 

Trend.az