İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Posted by

İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcəkİqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcək

İyulun 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-dən etibarən Zaqatala Rayon Mədəniyyət Evində (Ünvan: Zaqatala rayonu, Nizami küçəsi, 10) keçiriləcəkdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 

Trend.az