İqtisadiyyat və Sənaye naziri Qubada vətəndaşları qəbul edib

Posted by

İqtisadiyyat və Sənaye naziri Qubada vətəndaşları qəbul edib İqtisadiyyat və Sənaye naziri Qubada vətəndaşları qəbul edib

İqtisadiyyat və Sənaye naziri Qubada vətəndaşları qəbul edib

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qubada vətəndaşları qəbul edib.

 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən avqustun 29-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

 

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev 50-dən çox vətəndaşın müraciətlərini dinləmiş, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qaldırılan məsələlərin həlli üçün konkret tapşırıqlar verilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, haqsız rəqabətin aradan qaldırılması, əkin sahələrinin suvarılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Qəbula gələn sahibkarların təklifləri müzakirə edilmiş, balıqçılığın, turizm infrastrukturunun, bağçılığın inkişafı, heyvandarlıq kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

 

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

 

Qeyd edək ki, Qubada keçiriləcək vətəndaş qəbulu barədə əvvəlcədən KİV-də müvafiq məlumat verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib.

 

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək Qubada təşkil olunmuş qəbul da daxil olmaqla bölgələrdə 32 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 1800-dən çox vətəndaş müraciət edib.

 

Trend.az