İqtisadi inkişaf sahəsində qadınların səlahiyyətlərinin artırılması məsələləri Cenevrədə müzakirə olunub

Posted by

İqtisadi inkişaf sahəsində qadınların səlahiyyətlərinin artırılması məsələləri Cenevrədə müzakirə olunubİqtisadi inkişaf sahəsində qadınların səlahiyyətlərinin artırılması məsələləri Cenevrədə müzakirə olunub

İqtisadi inkişaf sahəsində qadınların səlahiyyətlərinin artırılması məsələləri Cenevrədə müzakirə olunub

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində Gender və İqtisadiyyat üzrə İşçi Qrupunun iclası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadi inkişaf sahəsində qadınların səlahiyyətlərinin təşviqinə yönəlmiş iqtisadi siyasətin və təcrübənin həyata keçirilməsi, onlar üçün müvafiq iqtisadi və biznes mühitinin yaradılması, qadın sahibkarların bilik və bacarıqlarından mükəmməl istifadə olunması haqqında müzakirələr aparılıb.

İclasa sədrlik edən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyada, eləcə də Azərbaycanda geniş vüsət alan qadın sahibkarlığının iqtisadi inkişafın artmasına, yeni iş yerlərinin yaradılmasına öz töhfələrini verməsindən danışıb.

Gender və İqtisadiyyat üzrə İşçi Qrupunun sədri olaraq Hicran Hüseynova qadınların iqtisadi potensialını reallaşdırmaq məqsədilə 2013-2014-cü illərdə bölgəmizdə Xüsusi Proqram çərçivəsində Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının inkişafı üçün sahibkar qadınların iştirakı ilə iki forumun keçirildiyini və respublikamızda gələcəkdə də belə forumun təşkil olunacağını diqqətə çatdırıb. Sonda forum çərçivəsində gələcəkdə əməkdaşlıq üçün bazanın möhkəmləndirilməsi, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi barədə fikirlər səsləndirilib.

Noyabr 6-da Cenevrədə BMT-nin ofisində “Pekin+20: Bəyannamə və Fəaliyyət Platformasının icrasında əldə edilən nailiyyətlər” mövzusunda regional konfrans da keçirilib.

Konfransda gender bərabərliyi, davamlı inkişaf sahəsində qadınların və qızların rolunun gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan hökumətinin bu sahədə gördüyü işlərə və uğurlara görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iclasda həmsədr seçilib.

H.Hüseynova çıxışında Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açıb. Konfransın açılışında, həmçinin BMT Qadınlar təşkilatının icraçı direktoru xanım Phumzile Mlambo-Ngcuka, Danimarka şahzadəsi Meri, Qadınların Statusu üzrə QHT prezidenti xanım Nyaradzayi Gumbonzvanda çıxış ediblər.

Konfransda gender əsaslı zorakılığın aradan qaldırılması və gender bərabərliyinə nail olması üzrə fəaliyyətlərin vacibliyi vurğulanıb.

 

AzərTac.az