“Qocalara diqqət ayıraq” adlı kitab oxuma aksiyasına start verilir

Posted by

“Qocalara diqqət ayıraq” adlı kitab oxuma aksiyasına start verilir

“Qocalara diqqət ayıraq” adlı kitab oxuma aksiyasına start verilir

“Qocalara diqqət ayıraq” adlı kitab oxuma aksiyasına start verilir

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 10 illiyi münasibəti ilə silsilə tədbirlərə start verir. İlk olaraq mart və may aylarını əhatə edəcək “Qocalara diqqət ayıraq” adlı kitab oxuma aksiyası həyata keçiriləcəkdir. Əvvəlcə aksiya üçün kitablar toplanacaq, ziyarət ediləcək qocalar evləri müəyyən olunacaq, aksiyada iştirak etmək üçün könüllülər cəlb olunacaqdır. Daha sonra seçilmiş könüllülər ilə Fondun əməkdaşları müəyyən olunmuş qocalar evinə ziyarət təşkil edəcəkdir. Toplanmış kitablar könüllülər tərəfindən əvvəlcədən təyin olunmuş günlərdə qocalar üçün oxunacaqdır.

Layihənin əsas məqsədi qocalara diqqəti artırmaq və onlarla birlikdə vaxt keçirməkdən ibarətdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, aksiyaya qoşulmaq üçün 15 aprel 2014-cü il tarixinə kimi “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fonduna (Həsən Əliyev küçəsi 96, iş mərkəzinin 3-cü mərtəbəsi; tel/faks: (+99412) 564-10-38; e-mail: nargiz.ramazanova@hotmail.com – Məsul şəxs: Nərgiz Ramazanova) müraciət edərək nəzərdə tutduğunuz bədii ədəbiyyat, şeir kitablarını, Fond vasitəsi ilə qocalar evlərinə bağışlaya bilərsiniz.

 

Qeyd: Azərbaycan və Rus dillərində olan kitablara üstünlük verilir.

 

Mətbuat Xidməti