Qənirə Paşayeva Türkiyədə beynəlxalq konfransda məcburi köçkünlərin haqlarının müdafiəsi ilə bağlı çağırış edib

Posted by

Qənirə Paşayeva Türkiyədə beynəlxalq konfransda məcburi köçkünlərin haqlarının müdafiəsi ilə bağlı çağırış edib

Qənirə Paşayeva Türkiyədə beynəlxalq konfransda məcburi köçkünlərin haqlarının müdafiəsi ilə bağlı çağırış edib

Qənirə Paşayeva Türkiyədə beynəlxalq konfransda məcburi köçkünlərin haqlarının müdafiəsi ilə bağlı çağırış edib

“22 il əvvəl, mayın 8-də Ermənistan Azərbaycanın və dünya mədəniyyətinin qədim bir parçası olan Şuşa şəhərini işğal edib. İnsanlar öldürülüb, əsir və girov götürülüb, tarixi, mədəni, dini abidələr dağıdılıb. Bu gün mənim xalqım və mənim üçün ağır bir gündür”.

 

APA-nın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin Giresun Universitetində təşkil edilən “Qadınlar siyasi və sosial həyatda” adlı beynəlxalq gender simpoziumun açılışında çıxış edərkən deyib.

 

Dünyanın bütün qitələrini əhatə edən və 36 ölkənin fəal qadınlarının qatıldığı tədbirdə çıxış edən Q.Paşayeva Ermənistanın Azərbaycana qarşı təcavüzünün fəsadlarından danışıb.

 

”Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm üçün çox həssas və ağrılı bir mövzudur. 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan haqlarını tapdalamqda davam edir. Ermənistan bütün beynəlxalq prinsiplərə və qəbul edilən qətnamələrə məhəl qoymayaraq onların evlərinə dönməsinə imkan vermir. 22 il öz evinə dönə bilməmək, yaxınların məzarlarını ziyarət edə bilməmək… Bunun nə qədər böyük ağrı, acı olduğunu milli və dini mənsubiyyətindən asılı olmayaraq özünü insan adlandıran hər kəs hiss etməlidir”, – deyə o vurğulayıb.

 

Q.Paşayeva dünyanın 36 ölkəsindən gəlmiş qadınlara üz tutaraq onları bu məsələdə duyarlı olmağa çağırıb. “Sizə məcburi köçkün qadınların çağırışlarını çatdırmaq istəyirəm, onların səslərinə səs verməyə çağırıram. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar bu vəziyyətə laqeyd qalmamalı, öz etiraz səsini ucaltmalı və azəbaycanlı məcburi köçkün qadınların haqlarının müdafiəsi, onların öz evlərinə dönə bilməsi istiqamətində səylərini artırmalıdırlar. Ümid edirəm ki, siz həm öz ölkənizdə, həm də bütün beynəlxalq platformalarda Azərbaycanlı köçkün qadınları unutmayacaq və onların pozulan hüquqlarının bərpası istiqamətində öz səylərinizi artırmağa çalışacaqsınız. Dünyanın daha yaxşı gələcəyi üçün biz məhz bu cür yanaşma ortaya qoymalıyıq”.

 

Millət vəkili müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşlər keçirib və onlara Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Şuşa ilə bağlı daha geniş məlumatlar, materiallar təqdim edib, habelə onları “Şuşaya azadlıq!”, “Xocalıya ədalət kampaniyası”na qoşulmağa dəvət edib.

 

 

Apa.az