Qənirə Paşayeva peşə əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmasını təklif edib

Posted by

Qənirə Paşayeva peşə əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmasını təklif edibQənirə Paşayeva peşə əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmasını təklif edib

Qənirə Paşayeva peşə əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmasını təklif edib

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunması təklifləri ilə çıxış edib.

 

Trend xəbər verir ki, parlamentdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklər müzakirə olunan zaman millət vəkili Qənirə Paşayeva bu dəyişiklikləri dəstəkləyib və vurğulayıb ki, belə hallar ən çox tikinti sektorunda baş verir.

 

Deputat qeyd edib ki, bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə işçilər əmək müqaviləsi və icbari sığortası olmadan çalışdırılır: “Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə də işçiləri əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır”.

 

Qənirə Paşayeva istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş vətəndaşların normal şəkildə sığorta haqlarından yararlana bilmələrinin böyük önəmini vurğulayıb və bu sahədə mexanizmlərin, görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini qeyd edib.

 

Trend.az