Qənirə Paşayeva azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün AŞ NK-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Posted by

Qənirə Paşayeva azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün AŞ NK-nı Ermənistana təzyiq göstərməyə çağırıbQənirə Paşayeva azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün AŞ NK-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Qənirə Paşayeva azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün AŞ NK-nı Ermənistana təzyiq göstərməyə çağırıb

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Bosniya-Hersoqovinanın xarici işlər naziri İqor Crnadak çıxış edərək AŞNK-nin fəaliyyəti barədə Assambleya üzvlərinə hesabat verib və Avropalı parlamentarların suallarını cavablandırıb.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sualında AŞ NK sədrini Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün Ermənistana təzyiqə çağırıb: “Cənab sədr, Srebrenitsa soyqırımının acılarını yaşayan bir ölkənin təmsilçisi olaraq, siz Azərbaycanın Xocalı soyqırımı, torpaqlarının işğalı zamanı yaşadığı acıların nə qədər ağır olduğunu bilirsiniz. 20 ildən artıqdır ki, Ermənistan təşkilatın bütün prinsiplərinə zidd olaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. İyunun 16-da AİHM-nin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar çıxarıb. Məhkəmənin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq AŞ NK-nin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Evinə dönə bilməyən məcburi köçkünlər sizdən dəstək gözləyir. Avropa Məhkəməsinin bu qərarının Ermənistan tərəfindən yerinə yetirilməsi istiqamətində hansı addımlar atacaqsınız? Azərbaycanlı məcburi köçkünlər Avropa məhkəməsinin onlarla bağlı qərarının yerinə yetirilməsi istiqamətində bir sədr kimi konkret addımlar atacağınıza, ciddi səylər göstərəcəyinizə ümid edə bilərlərmi? Cənab sədr, NK-nə sədrliyiniz dövründə Azərbaycana səfər edib, evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməyi planlaşdırırsınızmı?”.

 

Sualları cavablandıran İqor Crnadak AŞNK-nin prosedur qaydaları üzrə AİHM-nin bu qərarlarının da icrasına nəzarət edəcəyini bildirib. “Bəli, dediyiniz kimi, iyunun 16-da AİHM Azərbaycan vətəndaşının Ermənistana qarşı və Ermənistan vətəndaşının Azərbaycana qarçı iki iş üzrə qərar çıxardıb. Bu işlər Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın və məcburi köçkün düşmüş insanların şəxsi əmlakı ilə əlaqədar olan işlər idi. Məhkəmə də bu şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirərək, və məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün qərarlar verib ki, hər ölkə qaçqın və məcburi köçkünlərin əmlakı ilə bağlı xüsusi mexanizmlər işləyib hazırlasın. Nazirlər Komitəsi isə öz növbəsində təbii ki, bu məhkəmə qərarlarının icra edilməsi istiqamətində öz nəzarət fəaliyyətini aparacaq və əlbətdə ki, bizim də sədirliyimiz bu məsələnin nəzarətinə xüsusi diqqət ayıracaq. Avropa İnsan Haqları Kovensiyasının 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarları dövlətlərin üzərinə öhdəliklər qoyur və buna görə də məsələnin sülh yolu ilə həll edilməsi üçün əlavə səylərin göstərilməsinə ehtiyac var. Bu da hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupunun, o cümlədə Azərbaycan və Ermənistan dövlətlərin öhdəliyinə aid olunan məsələlərdir. Avropa Şurasının da bu məsələdə müəyyən öhdəlikləri var. Üzv dövlətlərə səfər etmə məsələsinə gəldikdə, mən şəxsən öz adımdan, bizim sədrliyimiz adından onu deyə bilərəm ki, biz bütün üzv ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

 

Apa.az