Qiymət kağızlarına və kassa qəbzlərinə diqqət edin!

Posted by

Qiymət kağızlarına və kassa qəbzlərinə diqqət edin!Qiymət kağızlarına və kassa qəbzlərinə diqqət edin!

Qiymət kağızlarına və kassa qəbzlərinə diqqət edin!

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı həm də daxili bazarda məhsul bolluğu ilə müşayiət olunur. Bu isə öz növbəsində, seçim imkanlarının genişlənməsidir. Lakin belə bolluğun və bol çeşidli məhsulların olduğu bir vaxtda satış mərkəzlərində çalışanlardan da böyük diqqət tələb olunur: malların qiymət kağızlarının olması, satışda olan malların yararlılıq müddətinə, saxlanmasına nəzarət edilməsi və s.

 

Trend-in məlumatına görə, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva bildirib ki, bəzi hallarda ticarət obyektlərində rəflərdə düzülən malların üzərində yazılan qiymətlərlə kassa qəbzlərində göstərilən qiymətlər uyğun gəlmir: “Maraqlandıqda isə satıcılar “köhnədən qalan qiymət”, ya da “səhv düşüb” deyə bəhanə tapırlar və ya hər hansı kobud ifadə ilə “yola verməyə” cəhd edirlər”.

 

Onun sözlərinə görə, belə hallar isə istehlakçı hüquqlarının pozulması, biz istehlakçıların aldadılması deməkdir: “Bu cür hallara yol verənlərə bir daha xatırladırıq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıların malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Bizi aldatmağa cəhd etməyin. Hüquqlarımız qorunur”.

 

Trend.az