QHT-lərə Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq” kampaniyası Almaniyada geniş şəkildə tanıdılacaqdır

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq” kampaniyası Almaniyada geniş şəkildə tanıdılacaqdır

QHT-lərə Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq” kampaniyası Almaniyada geniş şəkildə tanıdılacaqdır

QHT-lərə Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq” kampaniyası Almaniyada geniş şəkildə tanıdılacaqdır

Berlində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Şuşanın işğalının 22-ci ildönümünə həsr edilmiş toplantı keçirilmişdir.

Tədbirdə çıxış edən AAK-ın sədri Samirə Patzer İsmayılova Şuşanın Azərbaycanın mədəniyyət incisi və dahi incəsənət nümayəndələrinin vətəni olduğunu demişdir. O, Şuşa ilə bağlı alman dilində nəşr olunmuş kitablarda Qarabağın Azərbaycanın qədim torpağı olmasını aydın sübutlarla əks etdirdiyini bildirmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Şuşanın Azərbaycanın mədəniyyət tarixindəki rolundan danışaraq beynəlxalq birliyin işğalçı ilə işğala məruz qalan arasındakı fərqi göstərməsinin və Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyini vurğulanmışdır.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Şuşanın Azərbaycanın və dünyanın mühüm mədəniyyət beşiyi olduğunu qeyd etmişdir. O, Qafqazın konservatoriyası olan Şuşadakı mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdıldığını bildirərək beynəlxalq təşkilatların bu fakta adekvat reaksiya verməsinin zəruriliyini vurğulamışdır. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanın milli maraqlarının müdafiəsində keçən dövr ərzində böyük uğurların əldə edildiyini deyən deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasət kursunun tezliklə nəticə verəcəyinə və Şuşanın işğaldan azad ediləcəyinə inamını ifadə etmişdir. “Şuşaya azadlıq” kampaniyası haqqında da toplantı iştirakçılarına məlumat verən A. Quliyev hər bir azərbaycanlını bu kampaniyaya dəstək olmağa çağırmışdır.

Sonra Şuranın “Şuşaya azadlıq 22 dildə” videoçarxı nümayiş olunmuşdur.

Toplantı iştirakçıları “Şuşaya azadlıq” kampaniyasının Almaniyada tanıdılmasında yaxından iştirak edəcəklərini bildirmişlər.

Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində dəstəklədiyi Humbolt Universitetində “Almaniya mətbuatında və ictimaiyyətində 1988-2008-ci illərdə Qarabağ münaqişəsinin dərki” mövzusunda konfrans təşkil edilmişdir. Universitetin professoru xanım Eva Maria Aux Şuşanın Ermənistan tərəfindən işğal edilməsinin 22-ci ildönümü ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, Almaniyada 329 gündəlik qəzetin çap edildiyini, onlardan ən oxunaqlılarının – Şpiqel, Faz, Zeit, Noes Docland və s. kimi nəşrlərin tədqiqat işinə cəlb edildiyini söyləmişdir. Ölkələrində hər gün 2,9 milyon qəzetin satıldığını qeyd edən Mariya Aux Almaniya oxucularının 48 faizinin müxtəlif qəzetlərə abunə olduğunu demişdir. O, Dağlıq Qarabağ münaqişəsinin təzə başladığı vaxtlarda Almaniya mediasının problemin işıqlandırılmasına daha çox yer ayırdığını, sonrakı illərdə bu mövzuda məqalələrin sayının azaldığını bildirmişdir.

Konfransda tədqiqat işinin ayrı-ayrı fəsillərinə dair universitetin elmi işçilərinin və gənc doktorantların məruzələri dinlənilmişdir.

Toplantıda çıxış edən Azay Quliyev tədqiqat işindəki məqalələrin təhlili zamanı alman ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli istiqamətdə məlumatlandırılmasını aşkarladığını bildirmişdir. Milli Məclisin deputatı Azərbaycan torpaqlarının işğala məruz qalmasının mediada obyektiv şəkildə əksini tapmamasından təəssüfləndiyini bildirmişdir.

Mariya Aux layihə çərçivəsində tədqiqatların ilin sonunadək başa çatdırılaraq kitab şəklində çap olunacağını bildirmişdir.

 

AzərTac.az