QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında QHT-lər üçün 2014-cü ilin birinci maliyyə müsabiqəsinin 6 istiqaməti üzrə məlumatlandırma sessiyası keçirilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyanın məqsədinin layihələrin icrasının səmərəliliyinin artırılması üçün QHT rəhbərlərinə müvafiq təlimatların çatdırılması olduğunu qeyd edib. F.Qurbanov QHT-lərin ilk növbədə Şura ilə imzaladıqları müqavilənin şərtlərini yüksək səviyyədə mənimsəməsinin vacibliyini bildirib.

Şura tərəfindən maliyələşdirilən bütün layihələrin icrasının təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarətin artırıldığını bildirən icraçı direktor ötən ilin nəticələrinə görə 10 QHT-yə xəbərdarlıq edildiyini, 19 təşkilatın isə 2 il müddətədək müsabiqələrdə iştirak etmək hüququnun məhdudlaşdırıldığını söyləyib.

Fərasət Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyada təbliği istiqamətində həyata keçirilən layihələri icra edən təşkilatların üzərinə daha böyük məsuliyyətin düşdüyünü vurğulayıb. F. Qurbanov sözügedən layihələr çərçivəsində həyata keçirilən işlərin daha geniş işıqlandırılması məqsədi ilə Şuranın ayrıca internet portalı yaradacağını da qeyd edib.

Şuranın əməkdaşları Elnur Bağırlı və Tural Hüseynli tədbir iştirakçılarına layihələrin idarəedilməsi üzrə müvafiq təlimatlar haqqında geniş məlumat verib.

 

Trend.az