QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci il maliyyə müsabiqəsini elan edib

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci il maliyyə müsabiqəsini elan edibQHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci il maliyyə müsabiqəsini elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci il maliyyə müsabiqəsini elan edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

 

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq toplantı iştirakçılarına gündəlikdə dayanan Şuranın 2015-ci il I maliyyə müsabiqəsi, dövlət büdcəsindən növbəti ildə quruma ayrılan vəsaitin bölgüsü və təşkilati məsələlər haqqında məlumat verib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə dayanan birinci məsələ haqqında Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin birinci maliyyə müsabiqəsi üçün nəzərdə tutulan mövzular haqqında ətraflı məlumat verib. Katibliyin icraçı direktoru Şuranın 3 noyabr 2014-cü il tarixli iclasında 2015-ci il I maliyyə müsabiqəsi mövzularının geniş müzakirə edildiyini və sənədin yenidən işlənməsi üçün işçi qrupunun yaradıldığını deyib.

 

F.Qurbanov ötən müddət ərzində Şura üzvləri tərəfindən irəli sürülən təkliflərin işçi qrup tərəfindən nəzərə alınaraq maliyyə müsabiqəsi layihəsi üzərində bir sıra düzəlişlər olunduğunu qeyd edib. İcraçı direktor dəyişikliklərə əsasən 7 müxtəlif istiqamət üzrə bir sıra yeni mövzuların müəyyən edildiyini, QHT-lərin müsabiqədə iştirakı ilə bağlı verilən tələblərin xeyli yüngülləşdirildiyini, texniki şərtlərin asanlaşdırıldığını vurğulayıb və Şuranın elektron resurlarının layihələrin qəbulu üçün hazır vəziyyətdə olduğunu bildirib.

 

İclasda çıxış edən Şura üzvləri Tahir Süleymanov, Rəna Mirzəzadə, Vüqar Qədirov və Dilarə Vəliyeva müsabiqənin şərt və qaydaları ilə bağlı təkliflərini səsləndiriblər.

 

Gündəlikdə dayanan II məsələ ilə bağlı məlumat verən Şura Katibliyinin baş mühasibi Tofiq Həsənov Şuranın 2015-ci il büdcəsinin xərclər smetası üzrə hazırlanan sənədi iclas iştirakçılarına təqdim edib.

 

Gündəlikdəki dayanan təşkilati məsələlərə münasibət bildirən A.Quliyev Şura Katibliyinin baş mühasibi T.Həsənovun yaş həddi ilə əlaqədar təqaüdə çıxması ilə bağlı ərizəylə müraciət etdiyini qeyd edib. T.Həsənovun Şuranın və vətəndaş cəmiyyəti inistitutlarının mühasibatlıq işinin qurulmasında müstəsna xidmətləri olduğunu bildirən A.Quliyev onun fəxri fərmanla təltif edilməsi haqqında əmr imzaladığını bildirib. Şura sədri Katibliyin baş mühasib vəzifəsinə qurumun aparıcı məsləhətçisi Emin Məmmədovun təyin olunması ilə bağlı təqdimat verdiyini bildirərək məsələyə Şura üzvlərinin münasibət bildirməsini təklif edib.

 

A.Quliyev 2014-cü ildə yubleyləri olan Şura üzvləri R.Mirzəzadə və Dilarə Vəliyevanı da təbrik edərək QHT sektorunun inkişafına verdikləri töhfələrə görə onlara təşəkkürünü bildirib. Şura sədri hər iki Şura üzvünün fəxri fərmanla təltif olunması haqqında əmr imzaladığını qeyd edib.

 

A.Quliyev indiyədək Şura ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Məclis arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib. Şura sədri yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də analoji sənədin imzalanacağını deyib.

İclasda gündəlikdə duran məsələlər müzakirələrdən sonra səs qoyularaq qəbul olunub.

 

Trend.az