QHT həbsxanadan buraxılan gənclərin inteqrasiyasına kömək edir

Posted by

QHT həbsxanadan buraxılan gənclərin inteqrasiyasına kömək edirQHT həbsxanadan buraxılan gənclərin inteqrasiyasına kömək edir

QHT həbsxanadan buraxılan gənclərin inteqrasiyasına kömək edir

“Həbsxanadan buraxılan gənc, adam öldürdü”, “Əvvəllər məhkumluğu olmuş gənc quldurluq etdi”, “Cəzaçəkmə müəssisəsindən azad olunmuş gənc yenidən oğurluq etdi” və sair bu kimi ifadələr artıq alışdığımız gündəlik xəbər başlıqlarıdır. Bir gənc hər hansı bir səbəbdən hər hansı bir cinayəti törədir, törətdiyi cinayətə görə cəzasını çəkir, lakin azadlığa çıxdıqdan sonra cəmiyyətin ona yaratdığı daha ağır cəza ilə qarşılaşır-cəmiyyətə inteqrasiya prosesində çox ciddi əngəllərlə rastlaşır ki, bu da bir çox hallarda onun təkrar cinayət törətməsinə səbəb olur.

Etiraf etmək lazımdır ki, ölkəmizdə bu sahədə dövlət səviyyəsində müəyyən işlər aparılır. Bu işlərdən biri də 7 il öncə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bu qanun həbsdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası prosesini tənzimləyir və bu sahədə görülməli olan işləri özündə ehtiva edir. Qanunda keçmiş məhkumların hüquq və vəzifələri, onlar üçün nəzərdə tutulmuş bəzi güzəştlər təsbit edilir. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin apardığı araşdırmalara görə, cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiyası prososesində yaranan çətinliklərinin ən əsas səbəbi onların milli qanunvericilikdə keçmiş məhkumlar üçün nəzərdə tutulmuş hüquq və imtiyazlar barədə məlumatsızlıqları və azadlıqdakı psixoloji baryerlərin qarşısında aciz qalmalarıdır. Bu səbəbdən “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Cəzaçəkmə Müəssisələrindən buraxılan gənclərin sosial-psixoloji reabilitasiyası” layihəsini həyata keçirir. Layihə çərçivəsində cəza çəkməkdən azad olunan gənclərə sosial hüquqları öyrədilir ki, bu da onların sosial problemlərinin həll olunmasında zəruri rol oynayacaqdır. Belə ki, məşğulluq, sosial təminat, tibb, təhsil və sair bu kimi hüquqlarından məlumatlı olan gənc bu hüquqlarının təmin olunmasına nail ola biləcəkdir. Bundan başqa layihədə belə gənclərin azadlıqdakı psixoloji baryerləri aşmaları üçün psixoloji hazırlıqları da nəzərdə tutulmuşdur. Onlara stress, depresiyadan çıxma yolları və sair bu kimi mühüm psixoloji alətlər çatdırılır. Layihə çərçivəsində cəzaçəkmə müəssisəsindən buraxılmış gənclərin azadlıqdakı bələdçisi olacaq, onların hüquq və vəzifələrindən bəhs edən xüsusi bukletlər də hazırlanmışdır.

 

MƏTBUAT XİDMƏTİ