Qeydiyyatda olan əcnəbilərin sayı 22 min 524-ə yüksəlib

Posted by

Qeydiyyatda olan əcnəbilərin sayı 22 min 524-ə yüksəlib

Qeydiyyatda olan əcnəbilərin sayı 22 min 524-ə yüksəlib

 

Qeydiyyatda olan əcnəbilərin sayı 22 min 524-ə yüksəlib

2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 31,7 faiz artıb. 2014-cü il ərzində DSMF tərəfindən əlavə olaraq 5 min 425 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 min 524-ə yüksəlib.

 

Fondun ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildiriblər ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,1 faizini (20 min 70 nəfər) kişilər, 10,9 faizini (2 min 454 nəfər) isə qadınlar təşkil edir.

 

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 min 33 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2527-yə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1294-ə çatıb.

 

Sonrakı yerlərdə İran İslam Respublikası (870), Çin Xalq Respublikası (753), Hindistan (620), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (346), Ukrayna (253), Özbəkistan (237), Banqladeş Xalq Respublikası (202), Filippin (193), Almaniya (192), Türkmənistan (184), ABŞ (167), Qazaxıstan (159), İtaliya (150), Cənubi Koreya Respublikası (142), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.

 

AzərTac.az