Qəbələdə yenidən zəlzələ olub
Qəbələdə yenidən zəlzələ olub.
Trend Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:16:14-də Qəbələdən 11 km şimal-şərqdə, yerin 5 km dərinliyində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxin hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Qeyd edək ki, bu Qəbələdə son bir həftə ərzində baş vermiş üçüncü zəlzələdir.
Trend.az