“Qazi Qarabağ Azanı” Türkiyənin Qars, İqdır və digər şəhərlərində səsləndirilib

Posted by

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümündə “Qazi Qarabağ Azanı” Türkiyənin Qars, İqdır və baş konsulluğun əhatə dairəsinə daxil olan digər şəhərlərində səsləndirilib.

Konsulluqdan APA-ya verilən məlumata görə, bununla bağlı Baş Konsulluq tərəfindən əlaqədar dini rəhbərlər ilə görüşlər keçirilib, “Qazi Qarabağ Azanı” disklərə yazılıb və namaz vaxtlarında məscidlərdə ibadət edən yerli əhali arasında Xocalı soyqırımını əks etdirən dərgilər paylanılıb.

Bəzi məscidlərin qarşısında Azərbaycan bayrağı asılıb, Xocalı soyqırımı və “Qazi Qarabağ Azanı” haqqında məlumat afişa şəklində çap edilərək vurulub.

Apa.az