Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Posted by

Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıbQazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunun Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,7 milyon manatı Qazax Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend.az