Qarabağ atı cinsinin inkişafına əlavə dəstək üçün 2 milyon manat ayrıldı

Posted by

Qarabağ atı cinsinin inkişafına əlavə dəstək üçün 2 milyon manat ayrıldıQarabağ atı cinsinin inkişafına əlavə dəstək üçün 2 milyon manat ayrıldı

Qarabağ atı cinsinin inkişafına əlavə dəstək üçün 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısı Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə qərara alıb ki, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

Trend.az