Qafqaz Müsəlmanları İdarəsinin sədri BƏƏ-yə səfər edir

Posted by

Qafqaz Müsəlmanları İdarəsinin sədri BƏƏ-yə səfər edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri BƏƏ-yə səfər edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri BƏƏ-yə səfər edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi BƏƏ Prezidenti Xəlifə ibn Zeyd Əl Nəxayyanın himayəsi ilə Əbu-Dabi şəhərində keçiriləcək “İslam cəmiyyətində sülhün təminatı” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Əmirliklərin xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nihəyyanın dəvəti ilə tədbirə qatılan A.Paşazadə geniş məruzə ilə çıxış edəcək.

Səfər müddətində şeyxülislamın BƏƏ-nin xarici işlər naziri şeyx A.Z. Al Nihəyyan, BƏƏ Prezidentinin dini işlər üzrə müşaviri Əli əl-Haşimi, Əbu-Dabi Əmirliyinin Vəqflər İdarəsinin rəisi və ölkənin Vəliəhdi ilə də görüşləri nəzərdə tutulub.

 

Trend.az