Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib

Posted by

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı tədbir keçirilibQafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həzrəti Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, İranın ali liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejat, İranın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr mavini Gündüz İsmayılov və din xadimlərinin iştirak etdiyi tədbir Qurani Kərimdən ayələrin oxunması ilə başlayıb.

 

Çıxış edən Allahşükür Paşazadə bildirib ki, Həzrəti Məhəmməd (s) böyük şəxsiyyətdir və onun dünyaya gəlişi ilə dünyanın ən mükəmməl dini İslam dini Allah-təala tərəfindən insanlara bəxş olunub: “Peyğəmbəri yada salmaq üçün onun dediklərinə daim əməl etmək lazımdır”. Şeyxülislam bu gün İslama ləkə gətirməyə çalışanlardan danışaraq, müsəlmanları Həzrəti Məhəmmədə sadiq qalaraq bir-birinə mehriban olmağa çağırıb.

 

Digər çıxış edənlər də Məhəmməd Peyğəmbərin bəşər tarixindəki rolundan danışaraq, onu yad ediblər.

 

Apa.az