Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb

Posted by

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının təqvimini və günlük dualarını açıqlayıb.

QMİ-dən Trend-ə verilən məlumata görə, İdarənin Qazilər Şurasının fətvasına əsasən, miladi təqvimlə 29 iyun hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 28-i isə orucluğun niyyət gecəsidir.

Ramazan ayı 30 gün davam edəcək: “İnşallah, Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr – Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. Ona görə də Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verib”.

Fətvada qeyd edilir ki, müqəddəs dinimiz orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na (iyulun 16-dan 17-nə), 20-dən 21-nə (iyulun 18-dən 19-na), 22-dən 23-nə (iyulun 20-dən 21-nə), 26-dan 27-nə (iyulun 24-dən 25-nə) keçən gecələrə təsadüf edir.

 

Trend/az