Qafqaz Müsəlmanları İdarəsi onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərəcək

Posted by

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarənin rəhbərliyi mayın 29-da Respublika Uşaq Onkologiya Mərkəzinə gedərək, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olacaq, onlara lazımi tibbi ləvazimatlar, habelə sovqatlar aparacaqdır.

QMİ tərəfindən Uşaq Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin müayinə və müalicəsində istifadə olunan Almaniya istehsalı olan tibbi avadanlıq – xeyli sayda impuzamat və partkateter aparatları hədiyyə ediləcək.

Uşaqlara isə hədiyyə olaraq planşetlər, oyuncaqlar və s. təqdim olunacaq.

Trend.az