“Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir

Posted by

“Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir

“Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir

“Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir

İyunun 19-da “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam etmişdir.

AzərTAc xəbər verir ki, konfransın ikinci günü “Qərarlardan icraya doğru” sessiyası UNESCO üzrə Azərbaycan Respublikasının Mİlli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın moderatorluğu ilə keçirilmişdir.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində qadın hüquqlarının səmərəli müdafiəsi mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı haqqında məlumat verən nazir müavini bu inkişafda qadınların rolundan danışmışdır. O vurğulamışdır ki, Azərbaycanda gender aspektinə yüksək diqqət yetirilir və bu, qadınların ölkənin ictimai-siyasi həyatında rolunun genişləndirilməsinə şərait yaradır.

Nazir müavini qadınların elmin inkişafına verdiyi töhfələri xüsusi vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan elmində də qadınların xüsusi rolu vardır. Belə ki, doktorantların 49,2 faizi, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqatla məşğul olan, elmlər doktoru dərəcəsi alan qadınların sayı 1,8 dəfə, fəlsəfə üzrə elmlər doktoru dərəcəsi alanların sayı isə 1,6 dəfə artmışdır.

Eyni zamanda, məlumat verilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisində 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün bu rəqəm 16 faizə bərabərdir. Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki illərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4 mindən çox olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 28 faiz, sahibkarlar arasında isə 17 faiz artmışdır.

S.Həsənova qeyd etmişdir ki, son dövrlərdə qadınların məşğulluq imkanlarının artırılması biznesə başlamaq və onu inkişaf etdirmək üçün yaxşı imkanlar yaratmışdır. Son 10 ildə 2 mindən artıq qadın sahibkara 50 milyon dollardan, o cümlədən ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov “Qadın hüquqlarının müdafiəsi qanunvericilik və təcrübə kontekstində” mövzusunda çıxış edərək bildirmişdir ki, ölkəmizdə qadınların hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası vardır. F.Qurbanov bu sahədə bir sıra qanunların qəbul edildiyini qeyd etmişdir. O məlumat vermişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir və bu proqramda qadınların hüquqlarının müdafiəsinə dair müddəalar da yer alır.

F.Qurbanov qeyd etmişdir ki, Azərbaycan, eyni zamanda, bu sahədə beynəlxalq təcrübəni də öyrənir.

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışan Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Fuad Əliyev bildirmişdir ki, insan alveri dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək insan cinsi istismara və məcburi əməyə məruz qaldığı halda hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban aşkar olunmuşdur. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formaları ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, qurbanlara kömək göstərilməsi istiqamətində zəruri addımlar atır. Son 10 il ərzində Azərbaycanda insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət səviyyəsində xüsusi diqqət yetirilir.

F.Əliyev bu problemlə mübarizə sahəsində insanların maarifləndirilməsinin vacibliyinə də toxunmuşdur.

“Təhsildən qərar qəbuletmə prosesinə keçid – hüquqi maarifləndirmə hüquqi islahatların və əməkdaşlığın alətlərindən biri kimi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki, bu gün təhsil qurumları təhsildən qərar qəbuletmə prosesinə keçidin təmin edilməsini təhsil alan şəxslərin hüquqi biliklərinin, hüquqi inam və əqidəsinin, həmçinin hüquqauyğun davranış vərdişlərinin formalaşdırılmasına nail olmaqda görürlər. Təcrübə göstərir ki, həyata keçirilən islahatlar zamanı daha uğurlu nəticələr hüquqi maarifləndirmə işi düzgün təşkil edilən cəmiyyətlərdə əldə edilir. Belə ki, hüquq düşüncəsi inkişaf etmiş ölkələrdə hamı öz hüquqlarını düzgün bilib, vəzifələrinə dəqiq riayət etməyə çalışır.

İnsanların, xüsusilə gənc nəslin öz hüquqlarını bilməsinin çox vacib olduğunu deyən nazir müavini bunu nəzərə alaraq Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirici tədbirlərin həyata keçirildiyini demişdir. O, vurğulamışdır ki, belə tədbirlər gənclərə fikir və düşüncələrini sərbəst ifadə etmək qabiliyyəti aşılamaqla yanaşı, onlara gələcəkdə bu və ya digər məsələlərlə əlaqədar sərbəst qərarlar qəbul etməyə kömək edir. C.Bayramov qeyd etmişdir ki, müasir dövrdə təhsil müəssisələrində hüququn əsaslarına dair biliklərin tədrisi prosesinin təkmilləşdirilməsi daim aktual olan bir məsələdir və nazirlik bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Konfrans iyunun 20-də başa çatacaqdır.

 

AzərTac.az