Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib

Posted by

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilibPrezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib. Müşavirədə qurumun fəaliyyəti, qarşıdan gələn birinci Avropa Oyunlarına hazırlıqla bağlı QHT-lərin fəaliyyətinin səfərbər olunması, ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı layihələrin icrası, QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yaradılmış innovativ resurslar və digər yeni xidmətlər müzakirə olunub, Şuranın ayrı-ayrı struktur bölmələrinin hesabatları dinlənilib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qurumun ötən müddətdə gördüyü işlər haqqında məruzəsi dinlənilib. F. Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda onların ən müxtəlif təşəbbüsləri dəstəklənib və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

 

Sonra icraçı direktor Şuranın son aylarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib.

 

Daha sonra məruzələr dinlənilib.

 

Şura sədri Azay Quliyev “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı QHT təmsilçilərinin üzərinə düşən vəzifələrdən danışıb. O, Şura əməkdaşlarının, QHT təmsilçilərinin fəallığının artırılması, onların bu sahədə təkliflərinin dəstəklənməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. A. Quliyev Şuranın xarici təşkilatlar üçün elan olunan müsabiqələrin uğurlu nəticələri, Azərbaycan haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı xüsusi roldan söz açaraq, Almaniyanın “TV Berlin” və Fransanın “TV Monde” kanalları ilə yayımlanan silsilə verilişləri xatırladıb.

 

Şura sədri QHT təmsilçiləri ilə kommunikasiyanın genişləndirilməsi, layihələrin effektivliyinin artırılması, hesabatlılığın təkmilləşdirilməsi üçün qurumun elektron resurslarının imkanlarının genişləndirilməsindən danışıb. O, QHT-lər üçün yaradılan “şəxsi kabinet” resursunun gələcəkdə QHT işinin təkmilləşdirilməsi istiqamətində səmərəli rol oynayacağını bildirib.

 

AzərTac.az