Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Posted by

Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə Baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Trend.az