Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri tərəfindən verilən naharda iştirak etmişdir
Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri tərəfindən Parlament Assambleyasının 2014-cü il sessiyasının üçüncü hissəsinin başlanması münasibətilə nahar verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak etmişdir.
X X X
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri başa çatmışdır.
AzərTac.az