Prezident İlham Əliyev Lənkəran şəhərinə səfər edib

Posted by

Prezident İlham Əliyev Lənkəran şəhərinə səfər edib

Prezident İlham Əliyev Lənkəran şəhərinə səfər edibPrezident İlham Əliyev Lənkəran şəhərinə səfər edib

Azərbaycan prezidenti İlham Əliyev respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinə gəlib.

APA-nın verdiyi xəbərə görə, dövlət başçısı Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoyub.

Lənkəran İH başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə prezident İlham Əliyevi məlumatlandıraraq bildirib ki, ümumi sahəsi 27 min 500 kvadratmetr olan parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılıb və 2013-cü ilin mayında başa çatdırılıb. Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilib. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunub.