Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub http://azertag.az/xeber/821255

Posted by

Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub   http://azertag.az/xeber/821255

Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub

 

 

Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub   http://azertag.az/xeber/821255

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.

 

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat verdi.

 

Qeyd edək ki, 1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Kompleks əsas korpusdan və idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulmasına, havalandırma sisteminin təmirinə, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsinə, qapı, pəncərə və vitrajların yenilənməsinə, zalların döşəmələrində idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılacaq.

 

Məşq zalı ən müasir səviyyədə qurulur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaq.

 

Ümumi sahəsi 55 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılacaq.

 

Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də fəaliyyət göstərəcək.

 

Bunlarla yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. Beləliklə, burada yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hərtərəfli imkanlar var.

 

Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampaların və projektorların quraşdırılması nəzərdə tutulur.

 

Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldular, tapşırıq və tövsiyələrini verdilər.

 

AzərTac.az