Prezident İlham Əliyev Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrini qəbul edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olduğu bildirilib.

Söhbət əsnasında həmçinin əməkdaşlığımızın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti qeyd olunub, sənaye, infrastruktur, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha qonaqların diqqətinə çatdırıb.

Apa.az