Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Posted by

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edibPrezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir: “Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

Trend.az