Prezident İlham Əliyev Beninin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini qəbul etmişdir.

Səfir Aniset Qabriel Kotçofa fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Aniset Qabriel Kotçofa etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Aniset Qabriel Kotçofa Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərdə, o cümlədən enerji, elm, təhsil və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTac.az