Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”

Posted by

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”“Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik”

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”

“İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək”.

 

APA-nın xəbərinə görə, bunu bu gün Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Prezident ötən ilin sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulduğunu, o tarix də çox rəmzi məna daşıdığını xatırladıb: “Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib. Mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulub”.

 

Prezident TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacağına ümid etdiyini bildirib: “Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq”.

 

“Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir” deyə, prezident qeyd edib.

 

Apa.az