Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var

Posted by

Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var

Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var

Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski arasında əvvəlcə təkbətək görüş oldu.

 

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirildi.

 

Azərbaycan ilə Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi.

 

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığına toxunan Prezident İlham Əliyev Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini qeyd edən dövlətimizin başçısı bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğuladı.

 

Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu dedi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğuladı.

 

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirdi.

 

Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirdi. Baş nazir Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

 

Trend.az