Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb

Posted by

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alınıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. 292-ci maddənin adında “həbsdə” sözü “həbs yerində” sözləri ilə əvəz edilsin.

2. 292.2-ci maddədən “və ya həbsdə saxlama” və “iki ildən” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 292.2-1-ci maddə əlavə edilsin:

“292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama – dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.

4. 292.3-cü maddədə “292.1 və ya 292.2-ci” sözləri “292.1-ci, 292.2-ci və ya 292.2-1-ci” sözləri ilə əvəz edilsin.

5. 304-cü maddənin adında “yerindən, həbsdən və ya” sözləri “və ya həbs yerindən, yaxud” sözləri ilə əvəz edilsin;

6. 304.1-ci maddədə “və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya” sözləri “, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud” sözlər ilə əvəz edilsin.

 

Apa.az