Prezident İlham Əliyev Azərbaycan-Koreya Birgə Hökumətlərarası Komissiyanın tərkibini təsdiqləyib – SİYAHI

Posted by

Prezident İlham Əliyev Azərbaycan-Koreya Birgə Hökumətlərarası Komissiyanın tərkibini təsdiqləyib - SİYAHIPrezident İlham Əliyev Azərbaycan-Koreya Birgə Hökumətlərarası Komissiyanın tərkibini təsdiqləyib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan-Koreya Birgə Hökumətlərarası Komissiyanın tərkibini təsdiqləyib - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Trend-in məlumatına görə, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

İltimas Məmmədov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Sahib Məmmədov – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

 

Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini

 

Ragim Lətifov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

Arif Əsgərov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

 

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Nazim Səmədov – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Rəmzi Teymurov – Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

 

Xəzər Fərhadov – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin”.

 

Trend.az