Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında imzalanmış Çərçivə Proqramını təsdiq edib

Posted by

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında imzalanmış Çərçivə Proqramını təsdiq edibPrezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında imzalanmış Çərçivə Proqramını təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında imzalanmış Çərçivə Proqramını təsdiq edib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti Çərçivə Proqramının həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir.

 

Xarici İşlər Nazirliyi isə həmin Çərçivə Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Sənaye İnkişafı Təşkilatına bildiriş göndərməlidir.

 

Qeyd edək ki, Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair Çərçivə Proqramı 2014-cü il noyabrın 26-da Bakıda imzalanıb.

 

Apa.az