Prezident İlham Əliyev Almaniya Bundestaqının fraksiya sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzərTac.az