Praqanın mərkəzində Qarabağa aid məlumat çadırı qurulub

Posted by

Praqanın mərkəzində Qarabağa aid məlumat çadırı qurulub

Praqanın mərkəzində Qarabağa aid məlumat çadırı qurulub

Praqanın mərkəzində Qarabağa aid məlumat çadırı qurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Çexiyanın Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi təşkilatı Praqa şəhərinin mərkəzi Na Prikope küçəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlandırma kampaniyası keçirib. Şuranın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təşkilat kampaniya çərçivəsində təbliğat çadırı quraraq, vətəndaşlara çex və ingilis dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini əks etdirən braşurlar, işğal altında olan ərazilərimizin xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini paylayıb, Praqa sakinlərinin müvafiq suallarını cavablandırıblar.

 

QHT təmsilçiləri həmçinin aksiyaya maraq göstərən vətəndaşlara “Xocalıya ədalət” və “Şuşaya Azadlıq” kampaniyaları haqqında da ətraflı məlumatlar verərək, onlara Azərbaycanın Qarabağ problemi ilə əlaqədar milli mövqeyini əks etdirən internet resurslarının ünvanlarını təqdim ediblər.

 

Qeyd edək ki, əvvəllərdə müxtəlif QHT-lərin bu cür məlumat çadırları qurmaq təşəbbüsləri olsa da Praqa meriyası müraciətləri müsbət cavablandırmayıb. Təhsil və Tolerantlığın Təşviqi Mərkəzinin uzun, israrlı tələbindən sonra məlumat çadırının qurulmasını meriya ilə razılaşdırmaq mümkün olub.

 

Apa.az