Politoloq: “Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə icazə qaydalarının işlənib hazırlanması vacibdir”

Posted by

Politoloq: "Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə icazə qaydalarının işlənib hazırlanması vacibdir"

 

Politoloq: “Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə icazə qaydalarının işlənib hazırlanması vacibdir”

Politoloq: "Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə icazə qaydalarının işlənib hazırlanması vacibdir"

 

Ermənistan hərbçiləri vaxtaşırı işğal olunmuş ərazilərimizdə müxtəlif miqyaslı hərbi əməliyyatlar keçiriblər. Azərbaycan torpaqlarının işğalı fonunda qanunsuz əməllərinin sırasının genişləndirilməsi cəzasız qalır.

 

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

 

Politoloq deyib ki, ermənilər işğal olunmuş ərazilərimizdə yeni qanunsuz əməllər “ixtira etdikcə” biz də onların bu ixtiralarına qarşı cavab addımları işləyib hazırlamalıyıq: “2013-cü ildə rəsmi Yerevan Dağlıq Qarabağa aviareys təşkil etməkdən ötrü hədsiz çoxlu səylər göstərdi. Həm ATƏT-lə, həm də Rusiya ilə münasibətlərində aviareyslərin təşkili mövzusunu xeyli aktuallaşdırsa da, Ermənistanın bütün cəhdləri nəticəsiz qaldı. Bu nəticəsizliyin əsas səbəbi Azərbaycanın atdığı rəsmi addım idi: Nazirlər Kabineti Azərbaycan ərazisində qanunsuz uçuşlarla bağlı təlimat hazırlayıb təsdiq etdi”.

 

M.Əhmədoğlunun sözlərinə görə, Nazirlər Kabinetimizin Azərbaycan ərazisindən keçirilən hərbi təlimlərə aid eyni ilə belə təlimatı hazırlaması məqsədəuyğundur: “Ermənilər başa düşməlidirlər ki, Azərbaycan ərazisində icazəsiz hərbi təlim keçirmək onlara baha başa gələcək. Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə dair icazə ilə bağlı Nazirlər Kabinetinin hazırladığı təlimat bizim müxtəlif hərbi strukturlarımız tərəfindən müxtəlif cür başa düşülə bilər. Anlaşılmazlıq yaratmağa cəhd edənlər də tapıla bilər. Bunun qarşısını almaq üçün hər bir hərbi strukturumuz təyinatı üzrə öz sahəsində icazə sahibi kimi rəsmiləşdirilməlidir. Məsələn, Ümumqoşun təyinatlı hərbi təlimlərin keçirilməsinə icazəni Müdafiə Nazirliyi verməlidir. Eyni münasibət Sərhəd və Daxili qoşunlara və s. aid edilməlidir. Bununla da beynəlxalq ictimaiyyət Azərbaycanın daha bir hərbi iradəsi ilə tanış olacaq. Ermənilər son vaxtlar işğal olunmuş ərazilərimizdə keçirdikləri hərbi təlimlərin sayını azaldıblar. Görünür, onların hərbi kəşfiyyatı müəyyən məlumatlar alıblar. Beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi siyasi iradəsinin yeni nümunəsi ilə rastlaşanda Azərbaycanın hərbi gücünə inamı daha da artıracaq”.

 

Politoloq deyib ki, BMT TŞ-nin qeyri-daimi üzvü olmuş Azərbaycanın siyasi-diplomatik gücü heç kimdə şübhə yaratmır. İqtisadi gücümüzü və bacarığımızı da hamı qəbul edir. Hərbi qüdrətimizi beynəlxalq aləmə tanıtmaqda yubanırıq. Nazirlər Kabinetinin Azərbaycan ərazisindəki hərbi təlimlərlə icazə qaydaları təlimatı bu yubanmanın qarşısını ala bilər.

 

Milli.Az