Polis Akademiyasına müdavimlərin qəbulu elan edildi

Posted by

Polis Akademiyasına müdavimlərin qəbulu elan edildi

Polis Akademiyasına müdavimlərin qəbulu elan edildi

Polis Akademiyasına müdavimlərin qəbulu elan edildi

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2014/2015-ci tədris ili üçün əyani təhsil üzrə müdavimlərin qəbulu elan edilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə, qaçış 100 metr məsafəyə – 19 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə 30 saniyə).

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin edilir, təhsil aldıqları müddətdə yataqxanada qalırlar. Akademiyada tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiya barədə ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilib.

Məzunlara “Hüquqşünaslıq” ixtisası və “Polis leytenantı” xüsusi rütbəsi verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2014-cü ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul edilmirlər.

DİN-in Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarəsi, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Ərizə və sənədlərin qəbulu 2014-cü il martın 1-dən aprelin 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək aparılacaq.

Əlavə məlumat almaq üçün (012) 454-12-78, (012) 590-97-76 telefonlarla əlaqə saxlamaq ola

 

Trend.az