Polşanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Posted by

Polşanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcəkPolşanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Polşanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Polşanın kənd təsərrüfatı və kəndlərin inkişafı naziri Marek Savitskiy noyabrın 3-də Azərbaycana səfər edəcək.

 

Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, naziri Polşanın veterinar və fitosanitar müfəttişliklərinin rəhbərləri, eləcə də iri aqrar sənaye şirkətlərinin nümayəndələri müşayiət edəcəklər.

 

M. Savitskiy ikigünlük səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla və ölkəmizin bu sahədə fəaliyyət göstərən iri şirkətlərinin nümayəndələri ilə görüşəcək. Görüşlər zamanı Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Səfirlikdən bildiriblər ki, son zamanlar Polşa Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycanda da gerçəkləşdirilən iki “Tvinninq” layihəsində iştirak edib. Birinci layihə heyvanların identifikasiyası və Aİ ölkələrinə aparılması, ikinci layihə isə Azərbaycanda kənd təsərrüfatı və digər məqsədlər üçün istifadə olunan torpaqların erroziyasına qarşı mübarizə ilə bağlı olub.

 

Qeyd edək ki, kənd təsəürrüfatı Polşada mühüm sahələrdən biri hesab olunur. Təkcə 2013-cü ildə Polşa ümumi dəyəri 20 mlrd. dollardan çox olan ərzaq məhsulları ixrac edib. Polşanın 2013-cü ildə ümumi ixracatı isə 150 mlrd. dollar təşkil edib.

 

 

Apa.az