Planetin sakinlərinin əksəriyyəti dinin cəmiyyətə müsbət təsir göstərdiyini düşünür

Posted by

Bütün dünyada respondentlərin yarıdan çoxu (59 faizi) hesab edir ki, din cəmiyyətin həyatında müsbət rol oynayır. Rəyi soruşulanların hər beş nəfərindən biri (22 faizi) əks mövqedədirlər və bu məsələyə Qərbi Avropanın sakinləri daha şübhə ilə yanaşırlar. Bu barədə Trend İnterfaks-a istinadən xəbər verir.

Çərşənbə günü agentliyə “Gallup International /WIN” Müstəqil Araşdırma Agentlikləri Assosiasiyasının keçirdiyi qlobal rəy sorğusunun nəticələri daxil olub. Sosioloqların suallarına 65 ölkədən 70 min insan cavab verib.

Sosioloqlar dinin cəmiyyətdə müsbət rol oynadığını düşünənlərin daha çox Afrikada (65 faiz), sonra Amerika qitəsində (54 faiz), Yaxın Şərq və Şimali Afrika (50 faiz) ölkələrində olduğunu qeydə alıblar. Ümumilikdə, tədqiqatda qeyd edildiyi kimi, müvafiq suala mənfi cavabı 9 ölkənin respondentləri veriblər. Həmin ölkələrdən 6-sı – Belçika, Danimarka, Fransa, Niderland, İspaniya və İsveç Qərbi Avropada yerləşir.

Sosioloqlar bildirirlər ki, İndoneziya sakinləri (95 faiz) cəmiyyətin həyatına dinin müsbət təsirinə daha çox əminlik nümayiş etdiriblər. Müqayisə üçün, ABŞ və Böyük Britaniyada bu rəqəm müvafiq olaraq 43 və 6 faiz təşkil edir.

Trend.az