Pentaqon: İndiyədək İŞİD kimi qruplaşmaya rast gəlməmişik

Posted by

Pentaqon: İndiyədək İŞİD kimi qruplaşmaya rast gəlməmişikPentaqon: İndiyədək İŞİD kimi qruplaşmaya rast gəlməmişik

Pentaqon: İndiyədək İŞİD kimi qruplaşmaya rast gəlməmişik

“İraqdakı İŞİD qüvvələrinə qarşı mübarizədə xeyli irəliləyiş əldə etmişik”.

 

APA-nın məlumatına görə, bunu Pentaqon rəhbəri Çak Heygel “PBS” telekanalına müsahibəsində deyib.

 

O, İŞİD-in həm ABŞ, həm də region üçün böyük təhlükə olduğunu qeyd edib.

 

“İŞİD kimi bir qruplaşmaya rast gəlməmişik. Bu qruplaşma çox yaxşı təşkil olunub, təlim keçib, kifayət qədər maliyyəsi var, vəhşi və amansızdır. Bunları bir yerdə heç bir terrorçu qruplaşmada görmədik. Ancaq onların kor ideologiyaları əvvəl-axır yeniləcək. Biz bunu bacaracağıq”, – deyə o vurğulayıb.

 

Ç. Heygel beynəlxalq koalisiyada Əsədin hədəf olaraq seçilməsini vacib bilən ölkələrin olduğunu qeyd edib. Onun sözlərinə görə, koalisiyada 50-dən çox ölkənin yer alması fikir müxtəlifliyinə gətirib çıxarır və bu normal haldır.

 

“Gözümüzün önündə yeni bir dünya formalaşır və biz bunun tam mərkəzindəyik. Dünya indi çox təhlükəli dövrünü yaşayır”, – deyə o bildirib.

 

APA.az