Pekində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Posted by

Pekində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Pekində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Pekində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyi 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Çin hökumət nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənmişdir.

Müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın 96 il əvvəl Azərbaycanda yarandığını diqqətə çatdıran ölkəmizin ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutmuşdur. İyirminci əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddətdə böyük inkişaf yolu keçdiyini, güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini, dünyada nüfuzunun artdığını bildirən səfir qeyd etmişdir ki, Azərbaycan hazırda Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynayır.

Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərdən söz açan səfir Lətif Qəndilov demişdir ki, hazırda əlaqələrimiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstək deyilənlərin bariz nümunəsidir. L.Qəndilov bildirmişdir ki, bir neçə gün əvvəl Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Prezidenti ilə ÇXR sədri Si Cinpin arasında keçirilmiş görüşdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Çin xarici işlər nazirinin müavini Çen Quopin öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Çin arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir müavini bildirmişdir ki, Çin ikitərəfli əlaqələrin daha da inkişafını həmişə diqqətdə saxlayır.

Ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirən Çen Quopin demişdir ki, hazırda Azərbaycan-Çin əlaqələri ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf edir.

Mərasimdə çinli musiqiçilərin ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa olunmuşdur.

 

AzərTac.az